Dünya
“Əl-Qaidə”yə ağır zərbə: “Dağ döyüşlərinin mütəxəssisi” öldürüldü
“Əl-Qaidə” terror təşkilatının ikinci adamı sayılan Mansur əl-Harbi ABŞ tərəfindən öldürülüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mansur əl-Harbi Əfqanıstanda pilotsuz təyyarə ilə təşkil edilən hücumda həyatını itirib.
“Əl-Qaidə”nin ən təcrübəli komandirlərindən biri olan Mansur əl-Harbi uzun müddətdir ABŞ kəşfiyyatı tərəfindən axtarılırdı. Səudiyyə Ərəbistanının vətəndaşı olan Mansur əl-Harbi “Əbu Muslim əl-Məkki” kod adından istifadə edirdi.
Mansur əl-Harbinin ölüm xəbəri ABŞ ordusunun mərkəzi qərargahl (CENTCOM) tərəfindən təsdiqlənib. Əfqanıstanda Talibana yaxın “Afghan Islamic Press” nəşri əl-Harbinin həyatını itirdiyini xəbər versə də, ölüm xəbəri ABŞ-ın kəşfiyyat mənbələrinə yaxınlığı ilə tanınan “Long War Journal” internet saytı tərəfindən təsdiqlənməyib.
Mansur əl-Harbi “Əl-Qaidə”nin Əfqanıstandakı hərbi komandiri olaraq tanınırdı. O, 2012-ci ildən bu yana ABŞ-ın dərc etdiyi “terror siyahısı”nda yer alıb. Mansur əl- Harbi həmçinin Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi tərəfindən dərc olunan “terror siyahısı”na da daxil edilmişdi.
Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanan hesabatda onun “Əl-Qaidə” və Taliban ilə çalışdığı, 1990-cı illərdə Əfqanıstana gedərək “Əl-Qaidə”yə qatıldığı və xarici döyüşçülərin koordinasiyasına görə cavabdeh olduğu ifadə edilir. BMT eyni hesabatda “dağ döyüşlərinin mütəxəssisi” olduğu deyilən əl-Harbinin Kunar, Nuristan və Nancarhar kimi bölgələrdə NATO güclərinə qarşı əməliyyatlar hazırladığı qeyd edilib.
Ömər Dağlı
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?