Dünya
İŞİD Misirin işğalına başladı
Suriya, İraq, Əfqanıstan və Liviyada torpaq sahələri əldə edən İŞİD terror qruplaşması Misirdə buna ilk dəfə nail olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Sinay yarımadasında ordunun mövqelərinə hücum edərək ən azı 70 nəfəri öldürən İŞİD Şeyx Zuveyd qəsəbəsini ələ keçirib.
Misin baş naziri İbrahim Məhləb ölkənin müharibə vəziyyətində olduğunu və rəsmən müharibəyə sürükləndiyini bildirib.
Son məlumatlara görə, hazırda İŞİD silahlıları ilə təhlükəsizlik gücləri arasında şiddətli qarşıdurmalar davam edir. İŞİD-in qısa müddət ərzində Sinay yarımadasındakı bir başqa qəsəbəni – Əl-Arişi ələ keçirə biləcəyi deyilir. Qəsəbənin sakinləri Əl-Ariş ilə Şeyx Zuveyd arasındakı yolun mühasirədə olduğunu, qarşıdurmalar nəticəsində çoxlu sayda dinc insanın öldüyünü bildiriblər.
Polis polkovnikinin AFP agentliyinə açıqlamasına görə, Şeyx Zuveyd qəsəbəsində evlərin damına çıxan İŞİD silahlıları polis bölməsini atəşə tuturlar. Qəsəbənin sakinlərindən biri İŞİD silahlılarının qəsəbənin küçələrinə minaları döşədiyini deyib.
Ordudakı mənbələrin sözlərinə görə, İŞİD silahlıları ən yeni silahlardan istifadə edirlər. Onların əlində Rusiya istehsalı “Kornet” tank əleyhinə raketlər, daşına bilən zenit-raket sistemləri və digər idarə olunan raketlər var. Misir ordusu yarımadanı İŞİD-dən təmizləmək üçün F16-lardan istifadə edir. Ancaq analitiklərə görə, Misir ordusu üsyançılarla döyüşlərdə olduqca təcrübəsizdir.
Misir ordusu İŞİD-in Şeyx Zuveyd və Rifah sərhəd qapısındakı hərbi nöqtələrinə təşkil etdiyi hücumlarda 17 əsgərin öldüyünü açıqlasa da, beynəlxalq xəbər agentliklər bu rəqəmin ən azı 70 olduğunu bildirib. Bəzi mənbələrdə isə ölü sayının 200-ü keçdiyi deyilir. Ordu dünənki açıqlamasında 100-ə qədər terrorçunun öldürüldüyünü açıqlayıb və rəsmi “Facebook” hesabından ölən İŞİD üzvlərinin fotoşəkillərini dərc edib.
İŞİD-in buradan Qəzza sektoruna keçə biləcəyindən narahatlıq ifadə olunur. Qeyd edək ki, İŞİD terror təşkilatı bu həftə Qəzzada hakimiyyətdə olan HƏMAS-ı təhdid edən bir videomüraciət dərc edib. İŞİD Qəzzada şəriət qaydalarını tətbiq edəcəyini bildirib. Misirin belə bir ehtimalın qarşısını almaq üçün İsraildən kömək istəyəcəyi deyilir.
İsrailin “Haaretz” nəşrinə danışan misirli bir mənbəyə görə, İŞİD-in Qəzzaya yaxınlaşacağı halda, Misir prezidenti Əbdülfəttah Əl-Sisi İsraili Misir torpaqlarına “dəvət edəcək”.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ