Dünya
Krımda referendumun təkrar keçirilməsi ideyası rədd edildi
2014-cü ilin martında Rusiyaya birləşdirilən Krım Muxtar Respublikasının başçısı Sergey Aksyonov Krımın statusu haqqında referendumun təkrar keçirilməsi barədə ideyanı rədd edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Aksyonov “Facebook” səhifəsində yazdığı statusunda 2014-cü ilin martında Krımda keçirilən referendumun qanuni olduğunu bildirib.
Bundan başqa, məmur qeyd edib ki, yarımada sakinləri arasında keçirilən son sorğular Rusiya prezidenti Vladimir Putinə olan etimadın yüksək səviyyədə olduğunu göstərir: “Həmçinin beynəlxalq tədqiqat şirkətləri tərəfindən keçirilən son sorğular göstərir ki, krımlılar bu gün Rusiya dövlətinə tamamilə etibar edirlər”.
Krımın baş nazirin müavini Dmitri Polonski də öz növbəsində “Exo Moskvı” radiostansiyasına müsahibəsində referendumun təkrar keçirilməsi haqqında ideyanı “cəfəngiyat” adlandırıb.
Qeyd edək ki, yüksək vəzifəli avropalı mənbə referendumun ATƏT-in müşahidəçilərinin nəzarəti altında keçiriləcəyi halda Avropa Birliyinin referendumun qanuniliyini tanıya biləcəyi deyib. Krımda Rusiyaya birləşmə haqqında referendum 2014-cü ilin martında keçirilib. Referendumun nəticələrinə görə, seçicilərin 96,77 faizi Rusiyaya birləşmək istəyini ifadə edib. Krım tatarları referendumda iştirak etməyiblər. Avropa Birliyi referendumun nəticələrini tanımayacağını bəyan edib.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı