Almaniyada da asfalt-beton yollar çatlayır
Bizi izləyin

Dünya

Almaniyada da asfalt-beton yollar çatlayır

Qərbi və cənub-qərbi Avropa anormal istilərdən əziyyət çəkir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Fransada və Almaniyada havanın hərarəti 40 dərəcəyə çatıb.

Almaniya rəsmiləri bildirib ki, yüksək temperaturun təsiri ilə bir sıra yolların asfalt-beton örtüyündə çatlar əmələ gəlib.

İtaliya və İspaniyada da şiddətli istilər hökm sürür. Ekspertlərin fikrincə, istilərə Saxara səhrasından əsən küləklər səbəb olub.

Sinoptiklərin məlumatına görə, Almaniya üzərində yerləşən böyük antisiklon Atlantikadan təmiz dəniz havasının daxil olmasına maneçilik törədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm