Ekologiya
XƏBƏRDARLIQ: hava kəskin soyuyacaq, qar yağacaq
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun yarımadada gecə 4-6° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gölzənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO