Ekologiya
Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatdı - FAKTİKİ HAVA
Mayın 7-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran, Naxçıvan MR, Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağış, Xınalıqda sulu qar, Şahdağda isə qar yağır.
Göygöl, Şəmkir, Balakən, Şəki, Qax, Qrız, Şahdağ, Göyçay, Lerik, Daşkəsəndə duman müşahidə olunur.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, Naxçıvan MR-da 16-19, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 4-8 dərəcəyədək isti qeydə alınıb.
xxx
8:00
Mayın 7-si saat 8:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 38 mm, Astarada 27 mm, Şəkidə 23 mm, Lerikdə 18 mm, Yardımlıda 17 mm, Neftçalada 11 mm, Qax (Sarıbaş), Biləsuvarda 7 mm, Şirvan, Cəlilabadda 6 mm, Şərur, Altıağac, Balakən, Xaltan, Qobustan, Qusar, Cəfərxan, Şamaxı, Sabirabad, Zaqatala, Quba, Culfa, Ordubad, Naxçıvan, Gədəbəy, Göygöl, Qəbələ, Şahdağ, İmişli, Şabran, Tovuz, Qrız, Şəmkir, Ağstafa, Göyçay, İsmayıllı, Ağsu, Kürdəmirdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 8 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm-dək olub.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Naftalanda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.
Göygöl, Şəmkir, Balakən, Qrız, Qax, Balakən, Şahdağ, Göyçay, Şamaxı, Qusar, Şəki, Qəbələ, Şəmkir, Yardımlı, Gədəbəy, Altıağac, Daşkəsəndə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 7, Aran rayonlarında 15, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.
-
Ekologiya08:10
Günəşdə ən yüksək səviyyədə PARTLAYIŞ
-
Kriminal07:55
Zaqatalada 44 yaşlı bacısını güllələyən qardaş tutuldu - YENİLƏNDİ
-
Ekopublika.az07:25
Azərbaycanda saatlıq əməkhaqqına keçidlə bağlı AÇIQLAMA
-
İdman07:10
Dəhşətli qəzanın maddi zərəri AÇIQLANDI
-
Kriminal03:18
Ailəsini Suriyaya aparan Kamran: "Gizli yolla Azərbaycana qayıtdım"
-
Kriminal01:40
20 minə üçotaqlı mənzillər “satırdı” - Həbs edildi
-
Nida Xəbər 00:45
Azərbaycanın sabiq müdafiə naziri vəfat etdi - FOTO
-
Qoroskop00:30
Günün qoroskopu: mühüm görüş və ya tədbirə qatılmağı planlaşdırırsızsa...