Sabah hava necə olacaq?
Bizi izləyin

Ekologiya

Sabah hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 23-25° isti, gündüz 28-33° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 32-37° isti, dağlarda gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm