Ekologiya
"İqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməliyik"
Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf planının mərkəzi hissəsinə çevriləcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səy göstərir: “Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturun qalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşma planları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaq yolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ən yaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı və bir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək”.
M.Babayev qeyd edib ki, mühüm məsələlərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin qalmasıdır:
“Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığı planetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsinin üçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığı və torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən 4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələr qida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu, fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfi təsirlərindən qorumaq üçün lazımdır”.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı