Oğuz meşələrindəki yanğın sondürüldü
Bizi izləyin

Ekologiya

Oğuz meşələrindəki yanğın sondürüldü

Avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində başlamış yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın sentyabrın 5-də saat 09:00-da söndürülüb.

Yanğının söndürülməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm