Ekologiya
Dünyanın ən çirkli havasına malik şəhər açıqlandı
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
Publika.az xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo 2025-ci ilin ilk günündə dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir. Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 301 olaraq qeydə alınıb. Şəhər havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.
Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəsli ilə əlaqələndirirlər. Qış aylarında ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.
-
MDB14:57Rusiya dəhşətli döyüş kadrları yaydı: Rıbalskoe itirildi - VİDEO
-
MDB14:48Bu barədə düşünmək qorxuludur - Lukaşenko
-
İqtisadi gündəm14:30Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
-
Dünya14:22Zəlzələ qurbanlarının sayı 38-ə çatdı - YENİLƏNDİ
-
Nəqliyyat14:14Metroda sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
-
Nəqliyyat13:52"Bu, sıxlığın və intervalın azaldılması istiqamətində atılan müsbət addımdır" - Ekspert
-
Ekologiya13:14Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Nəqliyyat12:20Metro sərnişinlərinin yeni hərəkət sxeminə uyğunlaşması üçün əlavə tədbirlər görülür

































