Ekologiya
Oğuzda küləyin FƏSADLARI: damları uçurdu, əhali işıqsız qaldı - - FOTOLAR
Azərbaycanın şimal-qərb bolgəsində güclü külək bir sıra fəsadlara səbəb olub.
Publika.az xəbər verir ki, təbii fəlakət ən çox Oğuz rayonunun mərkəzinə və Calut kəndinə ziyan vurub.
Külək rayonun mərkəzində 16 ailənin məskunlaşdığı binanın dam örtüyünü tamamilə dağıdıb, evlərə və obyektlərə ziyan vurub, dəmir konstruksiyalı elektrik dirəklərini aşırıb. Enerjinin verilməsində fasilələr yaranıb.
Calut kəndində də ilkin məlumata əsasən, külək 11 ailəyə məxsus yaşayış və köməkçi binalarda dağıntılar törədib.
Faktla əlaqədar Oğuz Rayon Fövqəladə Hallar Komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Oğuz Rayon Mənzil İstismar İdarəsi artıq təmir işlərinə başlayıb. Rayon ərazisində digər fəsadların da qısa müddətdə aradan qaldırılacağı bildirilir. (report)
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı