Milli Parkda “Qırmızı kitab”a düşən ayı ovlandı - Nazirlik polisə müraciət etdi - (YENİLƏNDİ)
Bizi izləyin

Ekologiya

Milli Parkda “Qırmızı kitab”a düşən ayı ovlandı - Nazirlik polisə müraciət etdi - (YENİLƏNDİ)

Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Srvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib.

Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi video görüntülər polis şöbəsinə təqdim olunub.

Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.

*****

09:43

Azərbaycanda milli parkda naməlum şəxs qonur ayı ovlayıb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İsmayıllı Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şahdağ Milli Parkı, Basqal meşəliyində adı “Qırmızı kitab”a düşən qonur ayı naməlum şəraitdə naməlum şəxslər tərəfindən ovlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm