Ekologiya
Çaylarda suyun səviyyəsi yenə dəyişdi
Respublikanın çaylarında bəzi məntəqələrdə suyun səviyyəsində artım, bəzi yerlərdə isə azalma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 100 kub/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 182 kub/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 53,0 kub/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 69 kub/s təşkil edərək ongünlük normanın 103 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 4, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma qeydə alınıb, Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 418 sm (2018-ci il yanvarın 28-də 392 sm), Şirvanda 299 sm (2018-ci il yanvarın 28-də 251 sm), Salyanda 257 (2018-ci il yanvarın 28-də 193 sm), Bankədə 235 sm (2018-ci il yanvarın 28-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 135 sm (2018-ci il yanvarın 28-də 122 sm) təşkil edir.
-
Dünya10:02
Ərdoğandan dünyanın gələcəyi ilə bağlı kritik açıqlama: Qarşıdakı 2-3 ayda...
-
Yaxın Şərq09:20
Suriya müxalifəti hücum barədə Türkiyəni 6 ay əvvəldən məlumatlandırıb - Şok detallar üzə çıxdı
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?