Ekologiya
Alimlərdən ŞOK İDDİA: İqlim dəyişmələrinin səbəbi...
Alimlərin əksəriyyəti qlobal istiləşmənin insan fəaliyyəti nəticəsində əmələ gəlməsinə şübhə etmir. Lakin siyasətçilər və adi insanlar arasında skeptiklər çoxdur. Onlar iqlim dəyişmələrinin reallığına heç də inanmır və ya onları təbii proseslərin nəticələri hesab edirlər.
Publika.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar komandasının nəticələrinə görə, qlobal istiləşmənin antropogen təbiətinin sübutu elmi idrakın “qızıl standartı”na yaxınlaşır. Yalnız milyonda bir şans var ki, bu, yanlış fərziyyədir.
Yer kürəsi səthinin temperaturu barədə 40 il ərzində əldə olunan peyk məlumatlarının təhlili zamanı bu nəticələr alınıb. Onlardan ikisinin “qızıl standart”a 2005-ci ildə, üçüncünün isə 2016-cı ildə çatması müəyyən olunub. Bununla belə, qlobal istiləşmənin alternativ izahı indi “sui-qəsd nəzəriyyəsi” kimi görünür.
İqlim dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupu 2013-cü ilin məruzəsində belə nəticəyə gəlib ki, iqlim istiləşməsi azı 95 faiz ehtimalla məhz insan fəaliyyəti səbəbindən baş verir.
Alimlər ümidvardırlar ki, onların bu qənaəti iqlim dəyişmələrinə qarşı mübarizədə dünya hökumətlərini fəal mövqe tutmağa məcbur edəcək. Yerin altından çıxarılan yanacaqdan imtina hesabına istixana qazlarının tullantılarını əhəmiyyətli dərəcədə azaldan inkişaf etmiş 18 ölkənin təcrübəsi təsdiq edir ki, iqlim fəlakətlərinin qarşısını almaq üçün bəşəriyyətin imkanları vardır. (Azərtac)
-
İdman23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”