Ekologiya
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi növbəti nəzarət tədbiri zamanı Mingəçevir su anbarının Alazan çayına birləşən və Samux inzibati rayonuna aid olan hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Publika.az-a Xidmətin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Azər Məlikov, Cavad Quluzadə, Nuruş Müslümov və Mingəçevir şəhər sakini Rövşən Cəfərov olduğu məlum olub: "Onlardan istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb. Faktla bağlı Azər Məlikov və Cavad Quluzadə barəsində protokol tərtib edilərək hər biri 1500 manat məbləğində cərimə olunub. Digər təqsirkarlar Nuruş Müslümov və Rövşən Cəfərov barəsində isə akt tərtib olunub və təbiətə 2970 manat məbləğində ziyan vurduqları müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hazırda Su Nəqliyyatında Polis İdarəsində istintaq aparılır”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)





























