Ekologiya
Şəxsi ədavətə söykənən məlumatlar işimizi ləngidir - Nazirlik rəsmisi
“2017-ci ilin rəsmi qeydə alınmış məlumatına görə, Azərbaycanda 55 min kubmetr həcmində qanunsuz meşə qırılması halı qeydə alınıb. 2018-ci ildə bu rəqəm 28 min kubmetrə düşüb, 2019-2020-ci illərdə müvafiq olaraq 18 və 10 min kubmetrə enib. Ümumilikdə meşə qırılmalarının həcmi 5,5 dəfə azalıb ki, bu da Azərbaycan üçün çox böyük göstəricidir”.
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda deyib.
H.Əlizadə əlavə edib ki, meşələrin mühafizəsi və nəzarət baxımından müsbət dinamika var: “Bu baxımdan bizə köməklik edən vətəndaşlara da təşəkkür düşür. Ancaq təəssüf ki, bəzən sosial media üzərindən qərəzli, şəxsi ədavət üzərində qurulan, öz maraqlarına xidmət edən məlumatlar da yazılır. Biz belə müraciətlər sayəsində qanun pozuntularının qarşısını ala bilmirik. Mənbəyi bilinməyən məlumatlar işimizi ləngidir, vacib işimizi qoyub digər işlərlə məşğul oluruq ki, bəzən bu informasiyalar anonim olur, mənbəyi bilinmir. Bu, işimizə mənfi təsir edir”.
Nazirlik rəsmisi hansısa bir şəxsin fərdi həyətyanı sahəsində kəsdiyi ağac üçün tətbiq olunan cərimələrə də aydınlıq gətirib. O bildirib ki, əgər şəxsin həyəti fərdi həyətyanı sahə kimi təsbit edilibsə, çıxarışda rəsmi olaraq onun adı qeyd edilibsə və ərazi onun adınadırsa, ağacların yerinin dəyişdirilməsi, çıxarılması, kəsilməsi zamanı heç bir cərimə tətbiq olunmayacaq: “Biz bir çox hallarda rastlaşırıq ki, şəxs həmin həyətyanı sahədə yaşayır, lakin bura onun adına deyil. Bu zaman həmin şəxs həyətyanı sahəni istədiyi kimi istifadə edə bilməz. Ağacın kəsilməsi, yerinin dəyişdirilməsi zamanı onlara cərimə tətbiq ediləcək”.
Akqabay
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)



























