Ekologiya
"Yaşıl Marafon" çərçivəsində Cəbrayıl və Qubadlıda ağacəkmə aksiyası keçirildi - FOTO
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarına növbəti ağacəkmə aksiyası keçirilib. Ərazidə 750-ə yaxın ağac əkilib.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:
"Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi.
Bütün dünya mənfur ermənilərin kəsdiyi bu tut ağaclarını görməlidir. Evlərimizdə yaşadılar, sonra da evləri və ağacları yandırıb getdilər, bu ekologiyaya və ətraf mühitə ziyan vurdular. Ona görə ki, bu torpaqlar onların deyil. Bu il ərzində bir milyona yaxın tinglərin əkilməsi planlaşdırılır. Ekologiya və təbii sərvətlər nazirliyinin ting təsərrüfatlarında kifayət qədər ting ehtiyatı var. İşğaldan azad olunmuş ərazilərə vurulan ekoloji terrorun bərpası istiqamətində daha geniş miqyasda işlər görmək istərdik. Təəssüf ki, ərazilərin minalanması buna imkan vermir. Bu mənada ANAMA-nın əməkdaşlarına böyük məsuliyyət düşür. Onların yaratdığı şərait nəticəsində müəyyən ərazilərdə rahat gəzə bilirik.
Biz bu ağacları əkməklə dünya ictimaiyyətinə sübut etmək istəyirik ki, torpaqların əsl sahibi bizik. Qubadlı dünyanın ekoloji cəhətdən ən sağlam güşələrindən biridir. Dəymiş ziyanın bərpasında Ekologiya və Sərvətlər nazirliyi lazım olan bütün işləri görməyə hazırdı. Möhtərəm prezidentimizin böyük qayıdışla bağlı verdiyi tapşırıqları içində ekoloji məsələlər öncül yerdədir. Çünki ən çox ziyan çəkən ekologiyadır.
Ermənilər isə filiz saflaşdırma zavodunun tullantılarını Oxçu çaya tökməklə burdakı biomüxtəlifliyi məhv edirlər. 30 il ərzində beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarında törədilən ekoloji terrora heç bir reaksiya bildirmirdi. Biz onları bu məsələlərlə bağlı konvensiya qəbul etməyə məcbur edəcəyik. Gələcəkdə o təşkilatların özləri də monitorinqdə iştirak edəcək və vandalların törətdiyi ekoloji cinayətlərin canlı şahidi olacaqlar".
Ekspert yekunda qeyd edib ki, bütövlükdə 228 min hektar ərazi meşə ilə örtülü olub. Amma "Azərkosmos"dan çəkilən ilkin müşahidələr onu göstərir ki, 54 min hektar tamamilə məhv edilib. Dəymiş ziyanın hesablanması istiqamətində işlər aparılır.
Aytən Məftun
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO
-
Magazin120 Dekabr 23:00Şəbnəm Tovuzlu elə rəqs etdi ki... - VİDEO
-
Sosial20 Dekabr 22:48Köhnə və yeni dövrün qarşılaşdığı yer: Bakının unikal qəsəbəsindən REPORTAJ














.jpg)











