Sosial
Bu müəllimlər 6000 manatdan çox maaş alacaqlar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə olaraq "tədqiqatçı müəllim” statusu alan müəllimlər müəyyən olunub.
Publika.az Valyuta.az-a istinadən xəbər verir ki, bu statusun müəyyənləşdirilməsi zamanı bir sıra elmi meyarlara əsaslandırılıb. Bunlara "Scopus" bazasında indekslənmiş məqalələrin sayı, Q1–Q3 kateqoriyalı jurnallarda nəşrlər, H-indeksi və beynəlxalq həmmüəllifliklə yazılmış məqalələrin sayı daxildir.
Yeni status qazanan müəllimlər 2–3 dəfə artıq əməkhaqqı alacaqlar. Belə ki, tam ştatla çalışan professorların maaşı 4280-6420 manat təşkil edəcək.
"Tədqiqatçı müəllim” statusuna layiq görülən əməkdaşlar:
Aysel Aslanlı – Kimya üzrə fəlsəfə doktoru (Lomonosov MDU). Son 5 ildə Scopus bazasında 26 məqaləsi çap olunub, H-indeksi 12-dir. Məqalələrin 22-si Q1 kateqoriyalı jurnallarda yer alıb. 31 yaşlı tədqiqatçı universitetdə aqro-kimya istiqamətinin inkişafına töhfə verəcək.
Dünya Babanlı – Kimya üzrə elmlər doktoru, dosent. Son 5 ildə 56 məqaləsi Scopus bazasında çap olunub, H-indeksi 14-dür. Strasburq Universitetinin professorları ilə birgə yazılmış beynəlxalq həmmüəlliflikli elmi işləri var.
Araz Əliyev – Riyaziyyat üzrə elmlər doktoru, professor. Son 5 ildə Scopus bazasında 22 məqaləsi, H-indeksi isə 8-dir. ADNSU-nun kafedra müdirlərindən biridir.
Lətafət Qardaşova – Texnika üzrə elmlər doktoru, professor. 21 məqalə və 10 H-indeksə malikdir. Qeyri-səlis məntiq, sistemli analiz və süni intellekt sahəsində doktorantlara rəhbərlik edir.
Vüsalə Cəfərova – Fizika üzrə elmlər doktoru. 23 məqalə və 7 H-indeksə malikdir.
Oleq Hüseynov – Texnika elmləri doktoru. Son 5 ildə 19 məqaləsi var, H-indeksi isə 20-dir.
Sevda Rzayeva – Fizika üzrə fəlsəfə doktoru, dosent. 10 məqaləsi var və H-indeksi 64-dür.
Elnur Oruclu – Kimya üzrə fəlsəfə doktoru. 39 məqalə və 10 H-indeksə sahibdir.
ADNSU rəhbərliyi bildirib ki, bu təşəbbüsün əsas məqsədi universitetdə elmi fəaliyyətin stimullaşdırılması, mövcud elmi məktəblərin qorunması və yenilərinin formalaşdırılmasıdır. 105 illik elmi irsə sahib olan keçmiş "Azİ” bu gün də elmi potensialını inkişaf etdirməkdə davam edir.

-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR
-
Region11:37
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı
-
ABŞ10:00
ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi
-
Hadisə09:36
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO
-
ABŞ08:48
Tramp bu gün Cinpinlə "TikTok"un taleyini HƏLL EDƏCƏK
-
İdman06:46
Lunyev yenə hoqqa çıxardı: Hara qaçırsan?