Avropa
Polşada müharibə həyəcanı: Qırıcılar havaya qaldırıldı
Polşa ordusunun qırıcıları döyüş vəziyyətinə gətirilib.
Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" hesabında məlumat yayıb. Qeyd edilib ki, Polşa ilə yanaşı müttəfiqlərin də döyüş təyyarələri Rusiya qüvvələrinin Ukraynadakı aktivliyi fonunda havaya qaldırılıb.
Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu tədbirlərin görülməsinin həssas bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyi təmin etmək üçün zəruri olduğu qeyd edilib.
Polşa Silahlı Qüvvələrinin rəsmiləri onu da əlavə ediblər ki, Əməliyyat Komandanlığı xüsusilə sərhəddə mövcud vəziyyətə nəzarət edir və tabeliyində olan qüvvələr, aktivlər dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir.
Xatırladaq ki, sentyabrın 19-da Rusiyanın üç MiQ-31 qırıcısı Kreml ilə Estoniya arasında diplomatik mübahisəyə səbəb olmuşdu. Estoniya hakimiyyəti iddia edir ki, hərbi təyyarələr Vaindloo adası yaxınlığında onların hava məkanını pozub və qırıcılar təxminən 12 dəqiqə orada manevrlər ediblər.
Tural
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)














