Ekologiya
Həyat üçün TƏHLÜKƏ ARTIR: Karbonun konsentrasiyası maksimum həddə çatdı
Koronavirus pandemiyasının ilk aylarında emissiyaların həcmi kəskin şəkildə azalandan sonra karbon qazı tullantılarının konsentrasiyası tarixi həddə yüksəlib.
May ayında planetdə karbon qazı tullantılarının orta səviyyəsi 419,13 ppm və ya milyon hissələr təşkil edib. Bu, 2020-ci ilin may ayına nisbətən milyonun 1,82 hissəsindən və sənayedən əvvəlki stabil səviyyədən 50 faiz yüksəkdir.
Publika.az “Haytek” saytına istinadla xəbər verir ki, bu barədə “NOAA”nın eksperti Pitrer Tans bəyan edib.
Qeyd edilir ki, karbon qazının səviyyəsi hər il may ayında kütləvi çiçəklənmədən əvvəl pik həddə çatır. Nəqliyyat və elektrik enerjisi üçün kömür, neft və təbii qazın yandırılması səbəbindən karbon qazı tullantılarının miqdarı bitkilərin uda biləcəyi səviyyədən yüksəkdir.
Maun-Loa NOAA Rəsədxanasındakı Skripps proqramının rəhbəri Kilinq Ralf bildirib ki, əslində nəticədə bizə 2020-ci ildən daha böyük və davamlı ixtisarlar lazımdır.
10 il ərzində emissiyaların orta artım tempi də rekord müəyyənləşdirib. Hazırda onlar bir il ərzində milyona nisbətdə 2,4 hissəyə çatır.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






































