Ekologiya
Bu gün hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az çiskinli olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

-
Səhiyyə21:12
Qan təzyiqini aşağı salmağın ALTI YOLU
-
Art20:30
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
-
Nida Xəbər 20:20
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Magazin120:00
Tolik verilişinin qonağı olan müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
-
Sosial19:48
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılacaq
-
Magazin119:36
“Restoranlarda yeni dələduzluq növünə keçiblər”
-
Nida Xəbər 18:48
Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldılar - VİDEO
-
Hadisə16:55
Gecə klubunda dəhşətli YANĞIN: ölənlərin sayı artdı - Yeniləndi