İsti hava bu ölkədə 21 nəfərin canını aldı
Bizi izləyin

Ekologiya

İsti hava bu ölkədə 21 nəfərin canını aldı

Mərakeşdə son 24 saat ərzində havaların həddindən artıq isti olması səbəbindən 21 nəfərin öldüyü bildirilib.

Publika.az xəbər verir ki, Mərakeşdə həddindən artıq istilər insan tələfatına səbəb olub. Mərakeş Səhiyyə Nazirliyindən verilən açıqlamada, Beni Mellal şəhərində həddindən artıq istilər səbəbilə son 24 saatda 21 nəfərin öldüyü və ölənlərin çoxunun xəstəlikdən əziyyət çəkən insanlar olduğu qeyd olunub. Beni Mellalda termometrlər 43 dərəcəni göstərib.

Mərakeş Meteorologiya İdarəsi bazar ertəsi və çərşənbə günləri arasında ölkənin bəzi bölgələrində havanın hərarətinin 48 dərəcə olduğunu bildirib. Departament yaxın günlərdə temperaturun aşağı düşəcəyini açıqlayıb.

Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti 22 iyulun ölçmələrin başladığı 1940-cı ildən bəri qlobal miqyasda qeydə alınan ən isti gün olduğunu bəyan edib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm