Ekologiya
Şahdağa qar yağdı - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb, Şahdağa qar yağıb.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm-ə çatıb.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub.
Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib. Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

-
Qoroskop00:15
Günün ULDUZ FALI - Qəfil gəlir sizi sevindirə bilər
-
Art16 Mart 23:12
YUĞ-da nə baş verib? - Teatr üzr istədi
-
Səhiyyə16 Mart 21:12
Qan təzyiqini aşağı salmağın ALTI YOLU
-
Art16 Mart 20:30
Azərbaycan mədəniyyətinə ağır itki üz verdi - FOTO
-
Nida Xəbər 16 Mart 20:20
Ordumuzun mövqeləri yenidən atəşə tutuldu
-
Magazin116 Mart 20:00
Tolik verilişinin qonağı olan müğənniyə ELÇİ DÜŞDÜ - VİDEO
-
Sosial16 Mart 19:48
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Bu tarixdə prokurorluğa çağırılacaq
-
Magazin116 Mart 19:36
“Restoranlarda yeni dələduzluq növünə keçiblər”