Polis xəbərdarlıq etdi - Qırmızı Meydan təcili bağlandı
Bizi izləyin

Ekologiya

Polis xəbərdarlıq etdi - Qırmızı Meydan təcili bağlandı

Rusiya paytaxtının əsas simvollarından olan Qırmızı Meydan aprelin 16-da müvəqqəti olaraq ictimaiyyət üçün bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Diqqət, Moskva” teleqram kanalı məlumat yayıb.

“Qırmızı Meydan ziyarətçilər üçün bağlı idi”, - deyə nəşr yazır.

Qırmızı Meydanın ictimaiyyət üçün əlçatan olmamasının səbəbi hələ ki açıqlanmır.

“Hörmətli vətəndaşlar, Qırmızı Meydan bağlıdır, hamı çıxışa getsin”, - deyə hüquq-mühafizə orqanları səsgücləndirici ilə xəbərdarlıq edib.

Yenidən ziyarətə nə vaxt icazə veriləcəyi məlum deyil.

Martın sonunda “Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra hüquq-mühafizə orqanları təhlükəsizlik məqsədilə Moskvanın Qırmızı Meydanını tamamilə mühasirəyə alıb. Həmin gün meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik polislər növbətçilik edib.

Moskvanın baş meydanı sonuncu dəfə avqustda bağlanıb.

Aqkabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm