Bu Avropa ölkəsində insanlar etiraza qalxdı: Turist istəmirlər
Bizi izləyin

Ekologiya

Bu Avropa ölkəsində insanlar etiraza qalxdı: Turist istəmirlər

İspaniyada minlərlə insan Kanar adalarına turistlərin gəlişinin dayandırılması tələbi ilə etiraz aksiyası keçirib. Turizm modelinin adalardakı ekoloji təsirlərinə diqqət çəkən və ada sakinlərinin yaşayış xərclərini ödəyə bilmədiyini iddia edən etirazçılar “hotel tikintisini dayandırın”,- deyə çağırışlar edib.

Publika.az xəbər verir ki, etirazçılar hazırkı modelin ada sakinləri üçün yaşayış xərclərini əlçatmaz etdiyini deyir və bunun ekoloji cəhətdən dayanıqlı olmadığını iddia edirlər.

İspaniya mətbuatının məlumatına görə, Tenerifedə keçirilən etiraz nümayişinə təxminən 57 min adam qatılıb. “Burada insanlar yaşayır” və “Adamızın öldüyünü görmək istəmirik” yazılı plakatlar daşıyan fəallar qısamüddətli tətil icarələrini və otel tikintisini dayandırmağa çağırıblar.

“Bu, turistlər üçün deyil, bu torpağa fayda verməyən və dəyişdirilməsi lazım olan turizm modelinə qarşı bir mesajdır”, - etirazçılardan biri "Reuters" xəbər agentliyinə deyib.

Etirazları 20-yə yaxın ətraf mühit təşkilatı və sosial qruplar təşkil edib. Onlar turistlərin həddindən artıq artımının yerli insanlara və ətraf mühitə zərər vuran iqtisadi modeli davam etdirdiyini deyiblər.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm