Ekologiya
Külək, yağış, dolu - Faktiki hava
![](https://publika.az/storage/2023/06/27/yagis.jpg?v1722041730)
Mayın 26-sı saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi mayın 25-də ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.
Şimal-şərq küləyi arabir Gəncədə 28-30 m/s, Göygöldə 24-28 m/s, Tovuzda 24 m/s, Goranboyda 23 m/s, Culfada 22 m/s, Neftçala, Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 m/s-dək güclənib.
Düşən yağıntının miqdarı Lerikdə 7 mm, Tovuz, Qusarda 4 mm, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Mayın 25-i saat 16:10-16:15 radələrində Naxçıvana diametri 6 mm olan, saat 16:40-16:45 radələrində isə Şahbuza 2 mm olan dolu düşüb.
Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Naxçıvan MR-da 21-26, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti olub.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO