Ekologiya
Günəşdə güclü partlayışlar qeydə alındı: Yerə təhlükə varmı?
Günəşdə koronoqraflar tərəfindən kütləvi plazma atılmaları qeydə alınıb. Hadisələrin mənbəyi Günəşin Yerə görünməyən (əks) tərəfində yerləşən yeni ləkələr və 4436-cı aktiv qrupun yenidən canlanmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu "Telegram" kanalında məlumat yayıb.
Mütəxəssislərin bildirdiyinə görə, qeydə alınan proseslər hazırda Yer üçün təhlükə yaratmır. Günəşin uzaq tərəfində formalaşan böyük ləkələr artıq Yerə baxan tərəfə çıxsa da, hələlik aktivlik göstərmirlər. “Solar Orbiter” aparatının müşahidələri həmin bölgələrdə Günəş səthində parçalanma proseslərinin baş verdiyini göstərib. Bu isə onların güclü enerji yığmaması və “zəif qalıqlar” xarakteri daşıya biləcəyi ehtimalını artırır.
Alimlər qeyd edirlər ki, nəticə çıxarmaq üçün hələ tezdir, lakin hazırkı məlumatlar birbaşa təhlükə olmadığını göstərir. Güclü X sinifli alışmaların baş vermə ehtimalı isə 5-10% səviyyəsində qiymətləndirilir ki, bu da aşağı risk göstəricisi sayılır.
Ümumilikdə, tədqiqatçılar yaxın günlərdə güclü maqnit fırtınalarının gözlənilmədiyini bildirirlər. Günəşdəki vəziyyət isə daimi müşahidə altında saxlanılır.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam














.webp)



















.jpg)

