Ekologiya
Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-19° isti, dağlarda gecə 2° şaxtadan 3° -dək isti, gündüz 6-9° isti olacaq.
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO
-
Ekologiya12:39Sabah 16 dərəcə isti olacaq - Hava proqnozu
-
Magazin211:55Anasını və arvadını belə tanımır: Məşhur aktyorun yeni görüntüsü gündəm oldu - FOTO
-
İdman11:44Müsahibə zamanı huşunu itirdi - Video
-
Hadisə11:35Bu ərazilərdə qaz kəsildi
-
Ekologiya11:26Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Sosial08:24Boşanmanın gizli səbəbi məlum oldu


































