Ekologiya
Cahangirbəylidə maraqlı görüntü: 30 illik işğala tab gətirən tut ağacı indi belə qorunur - Foto
İşğaldan azad edilmiş Zəngilanın Cahangirbəyli kəndində aparılan irimiqyaslı yenidənqurma işləri zamanı təbiətə və tarixi yaddaşa göstərilən xüsusi münasibət diqqət çəkir. Kəndin mərkəzində ucalan qoca tut ağacı bu gün təkcə təbiət abidəsi deyil, həm də Cahangirbəylinin keçmişi ilə gələcəyini birləşdirən rəmzə çevirilib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, kəndin planı tərtib edilərkən bu yaşlı ağacın kəsilməməsi, əksinə, qorunaraq salınan əsas yolun tam mərkəzində saxlanılması qərara alınıb. Yolun hər iki hərəkət zolağı ağacın ətrafından dolanaraq keçir ki, bu da kəndin müasir infrastrukturuna həm fərqli bir memarlıq görüntüsü bəxş edir, həm də təbiətə həssas yanaşmanın bariz nümunəsidir. Tut ağacının budaqlarına quşlar üçün kiçik yuvalar da bərkidilib. Bu incə detal təkcə insanların deyil, qanadlı sakinlərin də doğma yurdun canlanan təbiətinə qayıdışından xəbər verir.
Otuz ilə yaxın davam edən işğal dövründə kənd xarabazara çevrilsə də, sakinləri didərgin düşsə də, bu ağac qətiyyətlə ayaqda qalıb, dərin kökləri ilə doğma torpağa sarılaraq təbiətin və yurdun diriliyini qoruyub saxlayıb. Bu gün kəndə qayıdan sakinlər uşaqlıq və gənclik illərinin kölgəsində keçdiyi bu ağacı görəndə xatirələrini bir daha yada salırlar. Ağacın qoca gövdəsi yaşanmış ağır illərin və tarixin yaddaşını, torpağa dərindən işləyən kökləri el-obanın sarsılmaz bağlılığını, yaşıl pöhrələri isə yenidən doğulan Cahangirbəylinin işıqlı gələcəyini təcəssüm etdirir.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...











.jpg)















.jpg)










.jpg)
