Elm və təhsil
Yeni attestatlar belə olacaq
Təhsil Nazirliyi ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara yeni qaydalarla veriləcək attestatlar barədə məlumat yayıb.
Nazirlikdən Publika.az-a verilən məlumatda bildirilir ki, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2016-cı il tarixli 479 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.
Yeni qaydalara görə, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara ümumi orta təhsil haqqında şəhadətnamə deyil, ümumi orta təhsil haqqında attestat (adi və ya fərqlənmə), tam orta təhsil səviyyəsini bitirən məzunlara isə tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və ya xüsusi nümunəli) veriləcək.
Təhsil sənədlərinin forma və məzmununda da müəyyən dəyişikliklər edilmişdir. Belə ki, əvvəlki nümunələrdən fərqli olaraq, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı və təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) yazılacaq. Bununla yanaşı, tam orta təhsil səviyyəsində təmayül sinifdə təhsil almış şagirdlərin attestatında bitirdiyi sinfin təmayül istiqaməti ayrıca qrafada qeyd olunacaq.
qrafada qeyd olunacaq.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO