Elm və təhsil
Şagirdlərin 20 faizi ana dilindən sıfır bal toplayıb
“Bu günə qədər 5-ci sinifdən başlayaraq müxtəlif siniflər üzrə Azərbaycan dili və riyaziyyat fənni üzrə monitorinq imtahanlarında iştirak edən 85459 şagirdin nəticələri ürək açan olmayıb”.
Bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva bu gün keçirlən mətbuat konfransında deyib.
DİM rəsmisi qeyd edib ki, şagirdlərin müxtəlif siniflər üzrə
verdikləri imtahanların nəticələri təhlil edilib: “Hazırda
şagirdlər 9-cu sinifdə yeni meyarlarla əsasında təhsil alırlar.
Onların bilik bacarıqları buna uyğun qiymətləndirilməlidir. 2013-cü
ildən bu günə qədər 85 mindən çox şagird Azərbaycan dili və
riyaziyyat fənni üzrə monitorinq imtahanın cəlb olunub. Bunlardan
39575 nəfəri Azərbaycan dili, 40234 nəfəri riyaziyyatdan, 5650
nəfəri isə rus dilindən monitorinq imtahanlarında iştirak ediblər.
Monitorinq imtahanında onlara nümunələr təqdim olunub və nəticələr
təhlil edilib. Nəticələr o qədər də ürəkaçan olmayıb”.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Aydın Qasımov bildirib ki,
2016-ci ildə Azərbaycan dili fənni üzrə liseylər istisna olunmaqla
Bakı və Sumqayıt şəhərində 8-ci sinif şagirdlərinin 8 faizi, region
məktəblərinin şagirdlərinin 20 faizi, liseylər şagirdlərinin isə 3
faizi sıfır bal (maksimal bal 20) toplayıb.
Ekspert Şahlar Əsgərov isə qeyd edib ki, son illər təhsil sistemi
xeyli mürəkkəbləşib: “Əgər təhsil mürəkkəbləşirsə, problemin həlli
daha çətin olur. Təhsil bir mərkəzdən idarə olunmalıdır”.
A.Batıyeva qeyd edib ki, dərslik hazırlamayan təşkilatın
dərsliklərinin monitorinqi aparması barədə Azərbaycanın təcrübəsi
Qazaxıstan, Türkiyə, Rusiyada bəyənilib. O qeyd edib ki,
dərsliklərlə bağlı müəllim hazırlığı problemləri var.
Buraxılış imtahanında “2” qiyməti alan şadirdlərin qəbul
imtahanında yüksək nəticə göstərməsi məsələsinə aydınlıq gətirən
A.Batıyeva bildirib ki, bu, mümkün ola bilər: “Amma öz təcrübəmdən
qeyd edim ki, məktəbdə oxuya bilməyən, 11 illik təhsil proqramını
mənimsəməmiş şagird qəbul ola bilmir. Nə qədər repetitor yanında
hazırlaşsa da o səviyyəyə qaxla bilmir”. (azvision)
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Dünya05:15
"Titanik"dəki ən varlı adamın saatı rekord qiymətə satıldı - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO