• USD 1,7000 0,00% EUR 1,9343 0,00%
    • GBP 2,1630 0,00% RUB 0,0254 0,00%

Deputat narahatdır: "Bakıətrafı kəndlərdə qızların oxumasına qadağa qoyulub"

Deputat narahatdır: "Bakıətrafı kəndlərdə qızların oxumasına qadağa qoyulub"

“Bu gün Azərbaycanın ən ucqar kəndlərində belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib ali məktəbə qəbul olur. Amma burdan-bura Bakıətrafı bütün kəndlərdə qızlara qadağa qoyulub”.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıətrafı kəndlərin çoxunda valideyn 14-15 yaşındakı qızını məktəbdən çıxarıb nişanlayır: “Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb sonra toy edirlər. Bunun səbəbini soruşduqda cavab olaraq “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu streotipi ləğv etməliyik. Bununla heç cür razılaşmaq olmaz”.

“Əgər gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə o nəslin anası təhsil almalıdır. Bu gün mövcud olan problemlər, eləcə də Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır. Təklif edərdim ki, biz həmin kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq onlarla tədbirlər keçirək. Sovet dövründə kim dərsə getmirdi müəllimlər bir-bir evlərə gedib səbəblərini soruşaraq məsələyə ciddi yanaşılırdı. Amma indi nədənsə müəllimlər və məktəblər bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində “qız uşağı nədir, 8-9 sinifdən sonra təhsil almaq nədir” fikri tam geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam”, - komitə üzvü qeyd edib. (report)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>