• USD 1,7000 0,00% EUR 1,9254 -0,67%
    • GBP 2,1593 -0,51% RUB 0,0255 +1,57%

Çingiz Mustafayev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edildi

Çingiz Mustafayev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edildi

Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi ləğv edilib.

Bununla bağlı təhsil naziri Mikayıl Cabbarovmüvafiq əmr imzalayıb.

Əmrə əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri rasionallaşdırılıb.

Qərarla Bakı şəhəri 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi, Bakı şəhəri Çingiz Mustafayev adına 25 nömrəli Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Bakı şəhəri 40 nömrəli Texniki Yaradıcılıq Mərkəzi birləşdirilərək onların bazasında Təhsil Nazirliyinin birbaşa tabeliyində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılacaq.

Əmrin imzalanmasında məqsəd məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması, idarəetmədə effektivliyin artırılması və maliyyə fəaliyyətlərində səmərəliliyin yüksəldilməsidir.

Əmrlə 141 məktəbdənkənar təhsil müəssisəsi birləşdirilərək onların sayı azaldılıb.

Bununla bağlı Ləğvetmə komissiyası da yaradılıb. Komissiyanın sədri nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov təyin edilib. (report)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>