İmtahanlarda yeni növ tapşırıqlar olacaq - Nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

İmtahanlarda yeni növ tapşırıqlar olacaq - Nazirlikdən AÇIQLAMA

Bu oktyabr ayından etibarən sertifikasiya imtahanlarında yeni klinik tapşırıqlardan istifadə ediləcək.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yeniliyin bütün ali tibb və orta tibb ixtisasları üzrə başlanılması planlaşdırılır.

Məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası ”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 dekabr 2015-ci il tarixli qərarı əsasında Sertifikasiya Komissiyası tərəfindən Sertifikasiya imtahanlarında bütün ali tibb və orta tibb ixtisasları üzrə klinik tapşırıqlar tətbiq olunur.

“Tibb işçiləri mütəmadi olaraq, sertifikasiya komissiyasında keçirilən sınaq imtahanlarında iştirak etməklə, tətbiqinə başlanılacaq yeni üsülla klinik tapşırıq nümunələri ilə tanış ola bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm