Elm və təhsil
Azərbaycanlı alimin fikirləri dünya MEDİASINI SİLKƏLƏDİ - FOTO
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun Yer planeti ilə bağlı fikirləri xarici mediada hələ də müzakirə olunur.
Publika.az xəbər verir ki, Həsənov fikirlərini 2015-ci ilin fevralında söyləsə də, Ukraynanın dialog.ua saytı azərbaycanlı alimin elmi yanaşmasını bu günlərdə dərc edib.
Ardınca Ukrayna və Rusiyanın bır sıra saytları də xəbəri tirajlayıblar.
Dialog.ua yazır ki, AMEA-nın əməkdaşı “hamı tərəfindən qəbul edilmiş fərziyyəni” tənqid edib.
“Azərbaycan alim Yer kürəsinin öz oxu ətrafında fırlanmasından şübhələnir. O, öz iddiasına sübut olaraq faktı gətirir: bəzi şimal dövlətlərində, məsələn Norveçdə üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı, Günəş batardı. Deməli, anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə bunu sübut edən böyük dəlillərə ehtiyacımız var. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə Yer kürəsi 6 ay fırlanmır?", - sayt Həsənovun fikirlərini xatırladıb.
Bildirilir ki, Əkrəm Həsənov Yerin öz oxu ətrafında fırlanmasına şübhə edən ilk şəxs deyil. Qeyd edilir ki, daha əvvəl Səudiyyə şeyxi Bəndər əl-Heybəri Yerin öz oxu ətrafında fırlanmadığını sübut etdiyini bildirib.
Ömər
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA