Elm və təhsil
I sinfə ilk dəfə elektron şagird qəbulu başladı - BU şəhərlər üzrə
Bu gündən 2018-2019-cu tədris ili üçün Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda I sinfə ilk dəfə elektron şagird qəbulu başlayıb.
Publika.az xəbər verir ki, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Gəncə şəhəri üzrə 5, Sumqayıt şəhəri üzrə 4, Abşeron rayonu üzrə 6 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.
Eyni zamanda, Gəncə şəhəri üzrə 1, Sumqayıt şəhəri üzrə 1 və Abşeron rayonu üzrə 1 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.
Yeni tədris ilində Sumqayıt, Gəncə və Abşeronda lisey və gimnaziyalara uşaqların 1-ci sinfə qəbulu imtahansız keçiriləcək.
Qeyd edək ki, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir.
Xatırladaq ki, Bakı şəhərində I sinfə şagird qəbuluna bu il fevralın 22-də start verilib.
Valideynlər www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçə bilərlər. Elektron sistem vasitəsilə sənəd qəbulu ödənişsizdir.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO