Elm və təhsil
700 bal toplayan abituriyentin UĞUR SİRRİ: "Bütün günü oxumağa ehtiyac yoxdur" - FOTO
Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.
700 bal toplayan abituriyentlərdən biri Rəna Əliyeva uğurun sirrini Publika.az-a danışıb:
“700 bal toplamaq arzusunda olmamışam. Əsas istəyim seçdiyim ixtisas üzrə keçid balını toplamaq idi. Lakin ətrafımdakı insanlar, müəllimlərim məndən bu nəticəni gözləyirdi. Sınaq imtahanlarında da nəticələrim yaxşı olurdu. İmtahanda uğurlu nəticə göstərmək üçün bütün günü oxumağa ehtiyac yoxdur. Mən gündə 6-7 saat dərs oxuyurdum. Hesab edirəm ki, insan özünə də vaxt ayırmalıdır. Mən istirahətə də vaxt ayırırdım, sevdiyim bədii əsərləri də oxumağa da vaxtım olurdu”.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu olan R.Əliyeva məktəb dərslərini yaxşı oxumaqla yanaşı son iki il kursda hazırlaşdığını deyir:
“7-ci sinifdən bu liseydə oxuyuram. Məktəbdə hər zaman yaxşı oxumuşam. Bu nəticəni əldə etməyimdə həm məktəb, həm də kurs müəllimlərimin əməyi böyükdür. Arzum tibb ixtisası üzrə təhsil almaqdır. Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasını seçəcəm. İki il burada oxuduqdan sonra xaricdə təhsil almaq istəyirəm. Arzum Almaniyada tibb təhsili almaqdır. Beyin cərrahı olmaq istəyirəm”.
Gülxar
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO