Bizə həkim lazımdır, yoxsa idman müəllimi? - Ekspert AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Bizə həkim lazımdır, yoxsa idman müəllimi? - Ekspert AÇIQLADI

"2018-2019-cu tədris ili üçün ali məktəblərin plan yerləri açıqlandı. Demək olar ki, bürün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisas üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub".

Publika.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb.

Onun sözlərinə görə, 2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılıb:

“2018-ci ildə isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290 yer azalıb. İdman ixtisası üzrə isə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb. Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il, 2018-ci ildə isə bədən tərbiyəsi və idman ixtisası üzrə yerlərin sayı artaraq 1505 olub. Yəni 2017-ci illə müqayisədə, 2018-ci ildə bədən tərbiyəsi üzrə plan yerləri 350 yer artıb. Əlbətdə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyük əksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, təki universitet olsun prinsipi ilə bura gedənlərdir. Bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, böyük əksəriyyəti bu istiqamətdə çalışmır. Halbuki, regionlarda həkimlərə ciddi ehtiyac var”.

Ekspert plan yerlərinin sayına yenidən baxılmasını təklif edib:

“Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalıdır. Tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Gələcəkdə bu azalmanın mənfi nəticələri olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm