Məktəbi qızıl və gümüş medalla bitirənlərin sayı açıqlandı
Bizi izləyin

Elm və təhsil

Məktəbi qızıl və gümüş medalla bitirənlərin sayı açıqlandı

Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Publika.az xəbər verir ki, qızıl və gümüş medallar veriləcək şagirdlərin siyahısı Dövlət İmtahan Mərkəzi tərəfindən 2017/2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alınaraq veriləcək.

185 nəfərə qızıl, 38 nəfərə gümüş medal veriləcək. Qızıl və gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Qızıl və gümüş medala layiq görülənlərin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm