Elm və təhsil
DİM-dən ümumi müsabiqələrlə bağlı yeni məlumat
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 5-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
DİM-dən Publika.az-a bildirilib ki, elan üzrə səkkiz dövlət orqanında B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 32 vakant vəzifə müsahibəyə çıxarılıb. Cəbrayıl Rayon Məhkəməsində vakant olan bir vəzifəyə, Şabran Rayon Məhkəməsində iki vəzifəyə, Kəlbəcər Rayon Məhkəməsində bir vəzifəyə namizədlər tərəfindən müraciət edilməyib. Ümumilikdə isə 51 namizəd müsahibələrdə iştirak üçün qeydiyyatdan keçib.
Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatasında sosial sahələrin auditi şöbəsində məsləhətçi (1 vakant yer üzrə 14 namizəd), sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri olub.
Müsahibələrin avqustun 31-dən sentyabrın 17-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı Report/MsbMshQrafiki?ElanID=17" target="_blank">http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafiki?ElanID=17 linkindən əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibəyə qatılmamaları üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO