Müəllimlərin maaş hesablama sistemi dəyişdi
Bizi izləyin

Elm və təhsil

Müəllimlərin maaş hesablama sistemi dəyişdi

2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiq edilib.

UNEC-dən Publika.az-a verilən məlumata görə, Elmi Şuranın iclası zamanı qaydalara edilən dəyişikliklərin əsas məqsədi tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir. Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilmiş, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılmış və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm