Elm və təhsil
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin sakinləri Moskvaya aparılıb - FOTOLAR
Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin bir qrup sakini Rusiya Uşaq Fondunun 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi bayram tədbirlərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iştirak edir.
Publika.az xəbər verir ki, iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsindən 70 il ötür. Rusiya Uşaq Fondu bu münasibətlə ölkənin müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən 10 min uşağı Moskvaya dəvət edib. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərinin sakinləri Rusiya paytaxtının qonağıdırlar. Bir neçə gün ərzində uşaqlar Moskvanın məşhur teatrlarının onlar üçün hazırladığı tamaşalara baxacaq, Kremldə, muzeylərdə, heyvanxanada olacaqlar.
Bayram proqramının təntənəli açılış mərasimi isə Rusiya Böyük Teatrında keçirilib. Uşaqlar teatrlaşdırılmış konsert proqramına tamaşa ediblər. Tamaşadan əvvəl Rusiya Uşaq Fondunun rəhbəri Albert Lixanov Prezident Vladimir Putinin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Rusiya Təhsil Akademiyasının akademiki, Rusiya Uşaq Fondunun və Uşaq Fondları Beynəlxalq Assosiasiyasının prezidenti Albert Lixanov AZƏRTAC-ın müxbirinə müsahibəsində Heydər Əliyev Fondunun uşaqların müdafiəsi sahəsində Azərbaycanda həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycanda kimsəsiz, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğısı barədə çox eşitdiyini vurğulayan Albert Lixanov deyib: “Bilirəm ki, Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Ölkənizdə hər şey insanların rifahı, firavanlığı naminə edilir. Uşaqlara, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan uşaqlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın səyləri sayəsində böyük diqqət ayrılır. Zənnimcə, bu, çox vacibdir”.
Nizami rayonundakı 1 saylı uşaq evinin nümayəndəsi Rövşən Məmmədov uşaqların Moskvada keçirilən maraqlı bayram proqramında iştirak etməsi üçün yaradılan şəraitə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O qeyd edib ki, uşaq evinin sakinləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tez-tez dünyanın bir çox ölkələrinə səfərlər edirlər. Uşaq evində tərbiyə alan balacalar bu günlərdə Türkiyədə keçirilmiş beynəlxalq festivalın və Rusiyanın Volqoqrad şəhərində təşkil edilən tədbirlərin də iştirakçısı olublar.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO