Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu tarixdə istifadəyə veriləcək
Bizi izləyin

Elm və təhsil

Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu tarixdə istifadəyə veriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu bu ilin sonunadək təhvil veriləcək.

Publika.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi media-turda universitetin rektoru İbrahim Cəfərov deyib.

O bildirib ki, ötən il korpusun tikintisinə 5 milyon manat, bu il isə 14 milyon manatdan çox vəsait ayrılıb:

“Ümumilikdə, son 3 ildə universitetin maddi-texniki bazasının gücləndirilməsinə 50 milyon manatdan çox vəsait ayrılıb. Bu müddət ərzində Universitetin 2 yataqxanası tikilib ki, onların hər birinin inşasına, təxminən, 15 milyon manat xərclənib”.

Rektor onu da bildirib ki, universitetin nəzdində peşə məktəbinin tikintisinə 3 milyon manat vəsait ayrılıb.

"Hazırda Avropada abituriyent peşə məktəbini əla qiymətlərlə bitirdikdə, seçdiyi ixtisas üzrə kollecə imtahansız daxil olur. Kolleci əla qiymətlərlə bitirdikdə də, o, universitetə qəbul oluna bilir. Bunları yaratmaq üçün bu il peşə məktəbi istifadəyə veriləcək. Bundan başqa, biologiya sahəsində gen mühəndisliyi böyük önəm kəsb edir. Bunun üçün də 3 milyon manat vəsait ayrılıb ki, onun 1 milyon manatı binanın təmirinə, 2 milyon manatı isə ora lazım olan avadanlığın alınmasına sərf ediləcək", - rektor bildirib.

İbrahim Cəfərovun sözlərinə görə, sentyabrınn15-də molekulyar biologiya mərkəzi də tikilib istifadəyə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm