Nazirlikdən dərslərlə bağlı MÜHÜM AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Nazirlikdən dərslərlə bağlı MÜHÜM AÇIQLAMA

Təhsil Nazirliyi bəzi media orqanlarında altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair məlumatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, nazirliyin xəbərində deyilir:

Təhsil Nazirliyi bir daha bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm