Elm və təhsil
Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı MÜHÜM YENİLİK: bundan sonra... - VİDEO
Müəllimlərin işə qəbulu imtahanında edilən dəyişikliklərin detalları açıqlanıb.
Publika.az-a Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib.
Bildirilib ki, “Təhsil haqqında” qanuna edilən əlavə və dəyişikliyə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 5 ildə bir dəfə sertifikatlaşdırmadan keçməlidir. Bununla yanaşı, müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə ilk dəfə işə qəbul olunanların 5 il müddətində sertifikatlaşdırılması aparılmayacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından sözügedən qaydalara dəyişiklik edilib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."