Şagirdlərin illik qiymətləndirməsinə başlanılıb - (YENİLƏNDİ)
Bizi izləyin

Elm və təhsil

Şagirdlərin illik qiymətləndirməsinə başlanılıb - (YENİLƏNDİ)

2-15 iyun tarixləri arasında ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qaydalara əsasən və sanitar-epidemioloji qaydalara riayət etməklə, təhsil işçiləri illik qiymətləndirmə prosesinə cəlb olunacaqlar.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Keyfiyyətin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə feysbuk üzərindən təşkil edilən canlı yayımda deyib.

O bildirib ki, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və zərurət olduqda fənn müəllimləri bu prosesdə iştirak etməlidir.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov isə bildirib ki, məktəbdaxili qiymətləndirmədə I sinif şagirdləri iştirak etmir.

Onun sözlərinə görə, I sinif istinsa olmaqla, digər bütün siniflərin şagirdlərinin birinci yarımildə aldığı qiymətlər onun illik qiymətləri kimi götürüləcək. Bu qərar müvəqqəti olaraq, pandemiya dövründəki mövcud şərait nəzərə alınmaqla qəbul olunub.

O qeyd edib ki, virtual və teledərslər şagirdlər üçün yaradılmış əlavə imkanlar idi. Bu dərslərdə iştirakın qiymətləndirmə prosesi ilə heç bir əlaqəsi yoxdur. Yəni şagirdlər teledərslərə görə qiymətləndirilməyəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm