İmtahanlarda hər bir iştirakçıdan bəyannamə tələb olunur
Bizi izləyin

Elm və təhsil

İmtahanlarda hər bir iştirakçıdan bəyannamə tələb olunur

İmtahanlarda hər bir iştirakçıdan sağlamlıqları haqqında bəyannamə tələb olunur.

Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu bəyannamədə onun ailə üzvləri və yaxınlarında virusa yoluxma faktı olmadığı qeyd olunur və abituriyent bunu imzalayır. Ola bilər ki, daha əvvəl xəstələnib və sağalıb. Bu, yenə də problem yaratmır, bəyannaməni təqdim edərək iştirak edə bilər", - o bildirib.

X.Xanlarzadə qeyd edib ki, 10 iyulda keçirilən imtahanlarda daha əvvəl sağlamlığı ilə bağlı problem yaşayanlar müraciət edərək qeydiyyata alınıb və iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm