Müəllim olmaq istəyənlərin nəzərinə: fevraldan başlayaraq...
Bizi izləyin

Elm və təhsil

Müəllim olmaq istəyənlərin nəzərinə: fevraldan başlayaraq...

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsinə fevral ayından etibarən başlanılacaq.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, nüsahibə mərhələsinin elektron sənəd qəbulu 25-27 yanvar tarixlərini əhatə edəcək.

Namizədlər yanvarın 25-dən etibarən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Təlimatla tanış olduqdan sonra 27 yanvar saat 23:59-dək müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması səbəbindən müsahibələr onlayn formatda, “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm