Bakıda Abay Kunanbayevin 177 illiyi qeyd olundu - FOTO
Bizi izləyin

Elm və təhsil

Bakıda Abay Kunanbayevin 177 illiyi qeyd olundu - FOTO

Bu gün Türk dünyasının tanınmış fəlsəfi fikir adamı Abay Kunanbayevin 177 yaşı tamam olur. Bu münasibətlə Qazaxıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdukərimov azərbaycnalı abayşünaslar və abaysevərlərlə görüş keçirib.

Publika.az xəbər verir ki, Abay Kunanbayevin Binəqədi rayonunda adını daşıyan küçədəki memorial lövhənin qarşısında xatirəsi böyük ehtiramla yad edilib.

Qazaxıstanlı diplomat Serjan Abdukərimov qazax xalqının Abay Kunanbayevlə fəxr etdiyini, onun yazıb qoyduğu ədəbi irsinin bu gün qazax xalqı üçün mənəvi istinad yeri olduğunu söyləyib. Eyni zamanda qeyd etdi ki, Abayın ədəbi irsi bütün türk dünyası üçün önəmlidir. Abay yaradıcılığı bütün türkdilli xalqları, ölkələri bir-biri ilə dost edib. O eyni zamanda qardaş Azərbaycan xalqına Abay şəxsiyyəti və Abay irsinə göstərdiyi diqqətə, sevgi və hörmətə görə minnətdar olduğunu bildirib. Abayın əsərlərinin son illərdə Azərbaycanda, Türkiyədə, Özbəkistanda çap olunmasını da Türkdilli Dövlətlərinin Birliyi yolundakı əhəmiyyətindən , Abayın təkcə türk xalqlarına deyil, bütün insanlığa məxusus olduğundan danışıb.

Görüşün ikinci hissəsi Bakının Dənizkənarı Bulvarında qurulan Qazax çadırında davam etdi. Qazaxıstanlı səfir tanınmış azərbaycanlı tarixçi, publisist və teoloq Teymur Atayevin “Abay möhtəşəmliyi və XXI əsrin fəlsəfi fikir adamının portretinin yaranmasına cəhd” kitabının təqdimatı olub. Tədbirin musiqili hissəsində Abay Kunanbayevin sözlərinə yazılmış mahnılar və musiqilər səsləndi. İtaliyanın Turin şəhərində təhsil alan həmyerlimiz Əli Övsəl dombrada Abay musiqilərini ifa edib.

Qazax çadırında qonaqlar Qazaxıstanın görməli yerləri, iqtisadiyyatı, mədəniyyəti və tarixinə aid məlumat sərgilərinə baxıblar. Eyni zamanda Qazax çadırının necə qurulması və əhəmiyyəti haqqında qonaqlara məlumat verilib. Qazax süfrəsinin təamları təqdim olunub.

Foto: Serikbol Koşmaqambetov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm