Elm və təhsil
DİM: - İştirakçıların sayının artıb-azalması keçid ballarına təsir edəcək
İxtisas seçimi zamanı 15 kodu, yəni ixtisası ərizəyə daxil etmək imkanı verilir. Kimsə 1, kimsə 5, kimsə də bütün yerləri yaza bilər. Əsas odur ki, bu ardıcıllıq istəyin azalması istiqamətində olsun. Yəni siz ən çox istədiyiniz ixtisası birinci yerdə yazmalısınız. İstəmədiyiniz ixtisası ilk yerlərdə yazsanız və həmin ixtisasa qəbul olsanız, müsabiqədən sonra balınızın daha çox istədiyiniz, amma daha aşağı yerlərdə yazdığınız ixtisasa çatdığını görəndə artıq gec olacaq.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, abituriyentlər müsabiqə zamanı üstünlüyün yalnız imtahan nəticəsinə verildiyini nəzərə almalıdırlar: "Yəni müsabiqə zamanı daha yuxarı bal toplayan abituriyent hər hansı ixtisası sonuncu yerdə yazsa belə o, həmin ixtisası birinci yerdə yazan, lakin daha aşağı bal toplayan abituriyentdən üstün olur. Texniki olaraq bu, sadə bir prosedurdur. Abituriyentlərə lazım olan bütün vəsaitlər artıq dərc olunub.
Plan yerləri “Abituriyent” 4 jurnalında, ixtisas seçimində faydalı ola biləcək ötənilki keçid balları isə “Abituriyent” 2 jurnalında çap olunub. Hər ixtisas qrupu üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” vəsaitlərində isə abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması var. Müqayisə etmək üçün həmin kitabçaların 2021-ci il buraxılışı da saytımızın Bakalavriat - Faydalı bölməsinə yerləşdirilib.
Burada müqayisə zamanı ümumi məntiq ondan ibarətdir ki, abituriyentlərin sayı artıqda keçid ballarının yuxarı, azaldıqda isə daha aşağı formalaşmaq ehtimalı olur. Plan yerlərinin sayı də həmçinin. Artmağı və azalmağı müvafiq olaraq keçid ballarına təsir edə bilər".
Məleykə Abbaszadə qeyd edib ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və sair haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər: "Burada çalışan işçilərə DİM-in məsul əməkdaşları tərəfindən təlim keçirilib və hər hansı problem yarandığı təqdirdə onlar bilavasitə DİM-ə müraciət etmək imkanına malikdirlər".
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 26 Avqust 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
















.webp)

















.jpg)
.jpg)
.jpg)